• Bizi izləyin:
  • +99412 492 39 21
  • [email protected]
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Elmi-Dini Şura
    • Din xadimlərinin ümumi siyahısı
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • Axund və İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim

Şeyxülislam Allahşükür Paşazadənin Ramazan Bayrami təbriki

  • 2025-03-28
Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm həmvətənlərimiz, əziz müsəlman qardaş və bacılarımız!
 
 
İslam aləminin əziz günü - mübarək Ramazan bayramı səadətinə yetişən Azərbaycan və dünya müsəlmanlarını təbrik edir, Allah-Taaladan oruc ibadətlərimizin qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.
Müsəlman dünyasında Eydül-Fitr - Ramazan bayramı mərhəmətin, qardaşlığın, həmrəyliyin və xeyir-bərəkətin qovuşduğu mübarək gündür. Ayeyi-şərifdə Uca Rəbbimizin  Ramazanın mahiyyətinə verdiyi dəyər çox böyükdür: “Ramazan ayı insanlara doğru yolu göstərən, haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazli olduğu aydır” (Bəqərə, 185). Biz Azərbaycan müsəlmanları Ramazanın ruzi və nemətinə yetişdiyimiz üçün Allah-Taalanın mərhəmətinə şükür edir və bu mübarək günün ümumxalq bayramı səviyyəsinə qaldırılmasına görə dövlətimizin başçısı, Zati-aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Bu ilki Ramazan bayramı bizim üçün  daha dəyərli və əlamətdardır. Allaha çox şükürlər olsun ki, hər yeni Ramazan bayramı dövlətimiz və millətimizin uğurlu inkişafına, Zəfər yolumuzun davamına və beynəlxalq miqyasda yeni zirvələrin fəthinə rəvac verir. Dövlət rəhbərimizin fövqəladə səyləri nəticəsində ölkəmiz bugün beynəlxalq səhnədə mühüm layihələri həyata keçirən, qlobal iqlim problemlərinə həsr olunmuş GOP-29 Forumuna, Ümumdünya Dni Liderlərinin Bakı toplantısına, 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna və digər nüfuzlu tədbirlərə evsahibliyi edən dövlətə çevrilmiş, dünyanın siyasi arenasında qətiyyətli söz sahibi haqqını qazanmışdır. Xalqımız bu tərəqqinin təminatını möhtərəm dövlət başçımız Prezident Ilham Əliyev cənablarının möhkəm iradə ilə yeritdiyi müzəffər dövlət siyasətində və müdrik islahatlarda görür, hər sahədə qazanılan nailiyyətlərin yüksəliş yolunu təqdir edir. Bu zəfərlər bizim qürur mənbəyimiz və hər daim etdiyimiz duaların müstəcab olduğuna görə Rəbbimizə şükrümüzdür.
Əziz həmvətənlərim! Məğfirət, savab ayı olan Ramazan bəşər övladına səbr, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Uca Yaradanın rizası üçün bu mübarək bayram günlərində valideynləri yad etmək və sevindirmək, qohum-əqrəbaya baş çəkmək, şəhid ailələrinə və qazilərə qayğı göstərmək, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərmək, küsülüləri barışdırmaq hər bir müsəlmanın borcudur.
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, inşallah, Miladi təqvimlə martın 30-na təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Qeyd edirik ki, Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaqdır, inşallah. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilmişdir.
Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün dünya müsəlmanlarını, o cümlədən, xalqımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımızı yetiririk. Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın bütün ülvi arzu və niyyətləri gerçəkləşsin, inşallah! Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlət rəhbərimizi müzəffər, xalqımızı hər zaman qalib qərar versin! Allah-Təala Azərbaycanı qorusun! AMIN.

Son xəbərlər

2025-03-28

Şeyxülislam Allahşükür Paşazadənin Ramazan Bayrami təbriki...

2025-03-27

Şavkat Mirziyoyev Ramazan bayramı münasibətilə təbrik etdi...

2025-03-24

QMİ sədri Əl-Əzhərin Şeyxini təbrik edib...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • +99412 492 39 21
  • [email protected]

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024