• Bizi izləyin:
  • +99412 492 39 21
  • [email protected]
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Elmi-Dini Şura
    • Din xadimlərinin ümumi siyahısı
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • Axund və İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim

QMİ sədri Əl-Əzhərin Şeyxini təbrik edib

  • 2025-03-24
Martın 21-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Əl-Əzhər Əş-Şərifin Böyük İmamı, Şeyx Əhməd Ət-Tayyibi Müsəlman Ağsaqqalları Şurasının təsis olunmasının 11-ci və Əl-Əzhər Şeyxi olmasının 15-ci ildönümü münasibətilə təbrik edib.
Təbrik məktubunda deyilir:
“Zati-Həzrətləri Şeyx Əhməd əl-Tayib həzrətləri,
Sizə iki əlamətdar hadisə: möhtərəm rəhbərliyiniz altında fəaliyyət göstərən Müsəlman Ağsaqqallar Şurasının yaradılmasının on birinci ildönümü və Zati-Həzrətlərinizin Əl-Əzhərin Böyük İmamı vəzifəsinə seçilməyinizin on beşinci ildönümü münasibətilə ən səmimi təbriklərimi və arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Sizin müdrik rəhbərliyinizlə Şura öz səylərini müsəlmanların sıralarını birləşdirmək, haqq dinimizin ülvi dəyərlərinin təbliği, İslam-İslam və dinlərarası dialoqun təşviqi istiqamətində davamlı və səmimi işə sərf etməkdədir.
Uca Allahın izni ilə Əzhər-Şərifin böyük imamlığını qəbul etməyiniz İslam Ümmətimiz üçün bir nemət oldu, çünki siz dünyada hər bir müsəlman üçün sevilən rəhbər, həmçinin, müdriklik, ədalət, mötədillik, qardaşlıq və birgəyaşayışın nəcib öncüsüsünüz. Siz İslam dininin həqiqi simasının təbliğ edilməsində öndərsiniz, nifrətə, irqçiliyə, ekstremizmə, İslamofobiyaya qarşı mübarizənin görkəmli qəhrəmanısınız. Artıq bütün dünya, Şərqdən Qərbə, Sizin insan qardaşlığı yürüşündəki liderlik rolunuzu qəbul edib.
Mübarək Ramazan ayının bu şərafətli günlərində Sizə möhkəm cansağlığı və gümrahlıq arzulayır, İslam Ümmətinin və bütün bəşəriyyətin rifahı naminə tarixi fəaliyyətlərinizə Uca Allahdan xeyir-dualar diləyirəm.
Dərin hörmət və ehtiramla,
Qafqaz Müsəlmanları İdarəsinin sədri,
Müsəlman Ağsaqqalları Şurasının üzvü,
Şeyxülislam Allahşükür Paşazadə”
Elə həmin gün Əl-Əzhər Əş-Şərifin Böyük İmamı, Müsəlman Ağsaqqalları şurasının sədri, Şeyx Əhməd Ət-Tayyib Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə təşəkkür məktubu yazmışdır. Cavab məktubunda Şeyx Əhməd Ət-Tayyib Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə təbrik məktubunda yer alan nəcib qardaşlıq hissləri, səmimi dualar və Əl-Əzhərin Böyük İmamının roluna verilən yüksək qiymətə görə öz minnətdarlığını bildirib.
Xoş fürsətdən istifadə edən Əl-Əzhərin Şeyxi Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə səmimi salam-dualarını çatdırmağı xahiş edib və QMİ sədrinin simasında bütün Qafqaz müsəlmanlarını qarşıdan gələn Eid Əl-Fitr bayramı münasibətilə təbrik edib.
tebrik 1.pdf

Son xəbərlər

2025-03-28

Şeyxülislam Allahşükür Paşazadənin Ramazan Bayrami təbriki...

2025-03-27

Şavkat Mirziyoyev Ramazan bayramı münasibətilə təbrik etdi...

2025-03-24

QMİ sədri Əl-Əzhərin Şeyxini təbrik edib...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • +99412 492 39 21
  • [email protected]

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024