Portuqaliyaya səfəri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadə noyabrın 27-də Lissabonda KAICIID Beynəlxalq Dialoq Mərkəzində Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısında iştirak edib.
İlk növbədə, Beynəlxalq Mərkəzin Direktorlar Şurası sədrinin müavinlərinin seçkiləri keçirilib. 9 nəfərlik Direktorlar Şurasının üzvü olaraq Şeyxülislam A.Paşazadənin namizədliklərini irəli sürdüyü Ekumenik Patriarxatının Kadıköy (Xalxidon) Mitropoliti Emmanuel Adamakis və İraq təmsilçisi Əbdülvahab Əhməd Həsən Əl-Samariyyə sədr müavinləri olaraq təsdiqləniblər.