• Bizi izləyin:
  • +99412 492 39 21
  • [email protected]
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Elmi-Dini Şura
    • Din xadimlərinin ümumi siyahısı
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • Axund və İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim

Bəhreyndə İslam – İslam Dialoqu Konfransı

  •  2025-03-01 00:00:00
  •  2025-02-20
Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin himayədarlığı ilə fevralın 19-da Bəhreyn krallığının paytaxtı Manamada "Bir ümmət, bir tale" şüarı altında İslamdaxili Dialoq Konfransı öz işinə başlayıb.
Əzhər Əl-Şərif, Bəhreynin İslam Məsələləri üzrə Ali Şurası və Müsəlman Ağsaqqalları Şurasının birgə təşkilatçılığı ilə keçirilən konfransda İslam dünyasının  tanınmış sünni və şiə məzhəblərinin üləmaları, mərceyi-təqlidləri, alim və mütəfəkkirləri və İslam dininin görkəmli xadimləri iştirak edirlər. 
QMİ sədri, Müsəlman Ağsaqqalları Şurasının üzvü Şeyxülislam A. Paşazadə mötəbər konfransın himayədarı - Bəhreyn Kralı Əlahəzrət Həməd bin İsa Əl Xəlifə ilə Konfrans şərəfinə qəbul mərasimində görüşüb və Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Kral həzrətlərinə çatdırıb. Ümmətimiz üçün belə bir tarixi əhəmiyyətli mötəbər toplantının ərsəyə gəlməsində ali dəstək və himayəsinə görə Bəhreyn dövlətinin başçısına öz dərin minnətdarlığını ifadə edib. 
Bəhreyn Konfransının açılış mərasimində Malayziyanın Baş Naziri Ənvər İbrahim, Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Hüseyn Brahim Taha, Əl-Əzhəri Şərifin Şeyxi, Böyük İmam Əhməd ət-Tayyib, Bəhreynin İslam Məsələləri üzrə Ali Şurasının sədri Əbdül Rəhman bin Məhəmməd bin Rəşid əl-Xəlifə, Müsəlman Ağsaqqallar Şurasının Baş Katibi Məhəmməd Əbdülsəlam, İƏT-in sabiq Baş katibi Ekmələddin İhsanoğlu, müsəlman dünyasının bir sıra görkəmli din, dövlət və ictimai xadimləri çıxış etdilər.
Müsəlman dünyası və bütövlükdə bəşəriyyətin gələcəyi naminə qarşılıqlı anlaşma mühitində dialoq məramı ilə keçirilən konfransda Şeyxülislam A. Paşazadə məruzə ilə çıxış edib. 
Şeyxülislam A. Paşazadə İslam dünyası daxilində vəhdətimizi gücləndirmək kimi Uca Allaha xoş gedən bir məramla Manamada toplanmış mötəbər cameənin İslamdaxili həmrəyliyin təmin olunması naminə İslam-İslam dialoqu, məzhəblərarası anlaşma istiqamətində vəsətiyyənin tətbiqi, müqəddəs dinimizin mötədil dəyərlərinə istinad yönündə birgə səylərini yüksək dəyərləndirmişdir.
QMİ sədri Şeyxülislam A. Paşazadə öz çıxışında Azərbaycanda İslamdaxili dialoqun uğurla qurulduğunu və real müsbət nəticələr verdiyini qürurla vurğulamış, ölkəmizin məzhəblərarası anlaşma sahəsində örnək təcrübəsi barədə Bəhreyn forumunun iştirakçılarına ətraflı məlumat verib: “Vətənim Azərbaycan tarixən müxtəlif məzhəblərin mövcud olduğu olkə olmuşdur. Bu gün müstəqil Azərbaycanın timsalında məzhəblərarası anlaşma və qardaşlığın nadir nümunəsi yaşanmaqdadır. Hər biriniz Azərbaycana təşrif buyuraraq bəhs etdiyim həyat tərzini müşahidə edə bilərsiniz. Dünyada analoqu olmayan haldır ki, dini mərkəzin fətvasına əsasən vahid təqvim üzrə Azərbaycan məscidlərində azanlar bir vaxtda verilir, məscidlərdə eyni vaxtda birgə namaz qılınır, eyni imama iqtida edilir. Şiələr və sünnilər dini bayram və mərasimlərdə, Məhərrəmlik dönəmində, Aşura təziyələrində bərabər iştirak edir, mübarək Qurban bayramı və Ramazan ayı vahid təqvim üzrə eyni günlərdə keçirirlər. İslam müqəddəslərinə, səhabələrə həqarət edilməsini dövlətimiz nifrət nitqi olaraq qanunla qadağan etmişdir. Bu müdrik dövlətçilik siyasəti xalqımızın Ulu Öndəri Heydər Əliyevin irsidir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Fəxarət hissi ilə qeyd etmək istəyirəm ki, Zati-aliləri İlham Əliyev cənabları İslami həmrəylik ideyalarının dünya miqyasında fəal müdafiəçisi və beynəlxalq müstəvidə islamofobiya əleyhinə daim qətiyyətlə çıxış edən siyasi liderdir”. 
Şeyxülislam A. Paşazadənin Azərbaycanın İslamdaxili dialoq sahəsində nailiyyətləri barədə fikirləri Bəhreyn konfransında olduqca böyük maraq doğurmuş, alqışlarla qarşılanmışdır. 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tədbir çərçivəsində Əl-Əzhəri Şərifin Şeyxi, Böyük İmam Əhməd ət-Tayyib, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Hüseyn Brahim Taha, Bəhreynin İslam Məsələləri üzrə Ali Şurasının sədri Əbdül Rəhman bin Məhəmməd bin Rəşid əl-Xəlifə və b. ilə görüşlər keçirmişdir.
Fevralın 19-da Qazaxıstan Parlamenti Senatının sədri, Astana Qurultayları Katibliyinin rəhbəri Maulen Aşimbayev Şeyxülislam A.Paşazadə ilə görüşərək Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin imzası ilə bu ilin sentyabrında Astanada keçiriləcəkDünya və ənənəvi din liderlərinin VIII Qurultayına dəvət məktubunu QMİ sədrinə təqdim etmişdir. Dünya və ənənəvi din liderlərinin Qurultaylarının Katibliyinin daimi üzvü olan QMİ sədri Şeyxülislam A. Paşazadəyə növbəti qurultayın formatı barədə məlumat verilmişdir.
Konfrans öz işini davam etdirir.
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Son xəbərlər

2025-03-14 00:00:00

Ekmeleddin İhsanoğlu: “Azərbaycanın müsbət təcrübəsini İslam aləmində ...

2025-03-28 00:00:00

Şeyxülislam Allahşükür Paşazadənin Ramazan Bayrami təbriki...

2025-03-19 00:00:00

Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə iftar mərasim...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • +99412 492 39 21
  • [email protected]

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024