• Bizi izləyin:
  • +99412 492 39 21
  • [email protected]
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Elmi-Dini Şura
    • Din xadimlərinin ümumi siyahısı
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • Axund və İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim

Allahşükür Paşazadə həzrətləri İraqın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirini qəbul edib

  •  2025-03-01 00:00:00
  •  2025-01-22
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İraqın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Məkki Əl Məmurini fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Azərbaycan və İraq arasında siyasi və tarixi dini-mənəvi əlaqələrin inkişafının vacibliyinə toxunan Şeyxülislam A. Paşazadə səfir Məmurinin bu işə verdiyi töhfələrdən məmnunluqla danışıb. Qeyd edib ki, ölkələrimiz, xalqlarımız arasında tarixi, ənənəvi mədəni-mənəvi, doğma münasibətlərin qorunub saxlanılması, inkişaf etdirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir.  
İraqlı diplomat, öz növbəsində, Qafqaz müsəlmanlarının möhtərəm din xadimi olan Şeyxülislam A. Paşazadənin Azərbaycan-İraq dini-mənəvi əlaqələrinin dərinləşməsi istiqamətində fəaliyyətindən və Şeyxülislam tərəfindən səfir olaraq səylərinə verilən dəstəkdən minnətdarlıqla bəhs etdi. Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdən sonra azad olunmuş Qarabağ torpaqlarına etdiyi səfərlərdən zəngin təəssüratlarını bölüşən səfir Azərbaycan xalqının uğurlarından qürur duyduğunu ifadə edib. İraq Prezidentinin son illər ərzində  üç dəfə Azərbaycana səfər etməsinin ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinə  dəlalət etdiyini vurğulayan səfir bunun bütün sahələrdə səmərəli əlaqələrin daha da inkişafına töhfə verdiyini qeyd edib.
Şeyxülislam A. Paşazadə cənab M. Məmurinin xalqlarımız, dövlətlərimiz arasında mövcud körpülərin daha da möhkəmləndirilməsi üçün göstərdiyi səylərini yüksək qiymətləndirib, ona qarşıdakı fəaliyyətində uğurlar dilədi.
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Son xəbərlər

2025-03-14 00:00:00

Ekmeleddin İhsanoğlu: “Azərbaycanın müsbət təcrübəsini İslam aləmində ...

2025-03-28 00:00:00

Şeyxülislam Allahşükür Paşazadənin Ramazan Bayrami təbriki...

2025-03-19 00:00:00

Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə iftar mərasim...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • +99412 492 39 21
  • [email protected]

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024