• Follow Us:
  • +99412 492 39 21
  • [email protected]
  • About Us
    • Administration
    • Structure
    • Charter
    • Legislation
    • Council of Ghazis
    • Scientific-Religious Council
    • General List of Religious Figures
    • Ethics Commission
    • Authorized Representatives
    • History
    • Educational institutions
    • Akhund and Imams
  • Action
    • The fatwas
    • Events
    • Meetings
    • Statements and Appeals
    • Official Letters
  • News and Media
    • News
    • Press Releases
    • Video Gallery
    • Photo Gallery
  • Library
    • Books
    • Articles
    • Library
  • Contact
  • az
The Holy Koran

88. əl-Ğaşiyə (Bürüyən) surəsi

(Məkkədə nazil olmuşdur, 26 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1. (Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı?
2. (O gün) bir çox üzlər zəlil görkəm alacaq;
3. (Cəhənnəmin pillələrini çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq;
4. Yanar oda girəcəkdir;
5. Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir.
6. Onların yeməyi (zəhərdən də acı) zəridən başqa bir şey olmayacaqdır.
7. (O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar.
8. (O gün) bir çox üzlər isə sevinəcək;
9. (Dünyadakı) zəhmətindən razı qalacaq;
10. (Dərəcəsi, qədir-qiyməti) uca Cənnətdə olacaq,
11. Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir.
12. Orada axar bulaq;
13. Orada uca taxtlar;
14. (Çeşmələr kənarında) piyalələr;
15. Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar
16. Və döşənmiş (nəfis) xalılar vardır!
17. Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?
18. Göyə (baxmırlar ki) necə ucaldılmışdır?
19. Dağlara (baxmırlar ki) necə dikəldilmişdir?
20. Və yerə (baxmırlar ki) necə döşədilmişdir?
21. (Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən!
22. Sən onların üzərində hakim deyilsən!
23. Lakin kim (imandan) üz döndərib (Quranı) inkar etsə
24. Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər!
25. Şübhəsiz ki, onların axır dönüşü Bizədir!
26. Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!
Geri
Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Contacts

  • Bakı, Mirzə Fətəli küç. 7
  • +99412 492 39 21
  • [email protected]

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024