• Follow Us:
  • +99412 492 39 21
  • [email protected]
  • About Us
    • Administration
    • Structure
    • Charter
    • Legislation
    • Council of Ghazis
    • Scientific-Religious Council
    • General List of Religious Figures
    • Ethics Commission
    • Authorized Representatives
    • History
    • Educational institutions
    • Akhund and Imams
  • Action
    • The fatwas
    • Events
    • Meetings
    • Statements and Appeals
    • Official Letters
  • News and Media
    • News
    • Press Releases
    • Video Gallery
    • Photo Gallery
  • Library
    • Books
    • Articles
    • Library
  • Contact
  • az
The Holy Koran

82. əl-İnfitar (Parçalanma) surəsi

(Məkkədə nazil olmuşdur, 19 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1. Göy parçalanacağı zaman;
2. Ulduzlar dağılıb səpələnəcəyi zaman
3. Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman;
4. Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman;
5. Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir!
6. Ey (kafir) insan! Səni kərim olan Rəbbim barədə aldadan (və ya: məğrur edən) nədir?
7. O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib bir biçimə (insan şəklinə) saldı.
8. Sənə Özü istədiyi surəti verdi.
9. Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız!
10. Sizin üstünüzdə gözətçi mələklər-
11. (Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır.
12. Onlar sizin nə etdiklərinizi bilirlər.
13. Həqiqətən, yaxşı əməl və itaət sahibləri (möminlər) Cənnətdə qərar tutacaqlar.
14. Pis əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar.
15. Onlar (kafirlər) ora haqq-hesab günü daxil olacaqlar.
16. Onlar əsla oradan çıxan deyillər!
17. (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü nədir?!
18. Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır -Allaha səmimi- qəlbdən ibadət və itaət!)
19. O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!
Geri
Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Contacts

  • Bakı, Mirzə Fətəli küç. 7
  • +99412 492 39 21
  • [email protected]

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024