• Follow Us:
  • +99412 492 39 21
  • [email protected]
  • About Us
    • Administration
    • Structure
    • Charter
    • Legislation
    • Council of Ghazis
    • Scientific-Religious Council
    • General List of Religious Figures
    • Ethics Commission
    • Authorized Representatives
    • History
    • Educational institutions
    • Akhund and Imams
  • Action
    • The fatwas
    • Events
    • Meetings
    • Statements and Appeals
    • Official Letters
  • News and Media
    • News
    • Press Releases
    • Video Gallery
    • Photo Gallery
  • Library
    • Books
    • Articles
    • Library
  • Contact
  • az
The Holy Koran

63. əl-Munafiqun (Münafiqlər) surəsi

(Mədinədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1. (Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk!” -deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbəri olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.
2. Onlar (yalan) andlarını özlərinə sipər edib (xalqı) Allahın yolundan döndərirlər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!
3. Bunun səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar.
4. (Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və möminlərə əyan olacağından qorxub) hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər!
5. Onlara: “Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin bağışlanmağınızı diləsin!” -deyildiyi zaman (istehza ilə) başlarını bulayar və sən (ya Rəsulum!) onların təkəbbürlə üz çevirdiklərini görərsən.
6. Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!
7. Onlar: “Allahın Peyğəmbəri yanında olanlar üçün (heç bir şey) xərcləməyin ki, dağılıb getsinlər!” - deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər (bunu) anlamazlar.
8. Onlar: “Əgər biz (Bəni Müstəliq vuruşunda) Mədinəyə qayıtsaq, ən güclülər (ən şərəflilər -münafiqlər) ən zəifləri (ən həqirləri -Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!” - deyirlər. Halbuki şərəf-şan (qüvvət və qələbə) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!
9. Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.
10. Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım!” -deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin.
11. Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!
Geri
Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Contacts

  • Bakı, Mirzə Fətəli küç. 7
  • +99412 492 39 21
  • [email protected]

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024