• Bizi izləyin:
  • +99412 492 39 21
  • [email protected]
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Elmi-Dini Şura
    • Din xadimlərinin ümumi siyahısı
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • Axund və İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim

96. əl-Ələq (Laxtalanmış qan) surəsi

(Məkkədə nazil olmuşdur, 19 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1. (Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
2. O, insanı laxtalanmış qandan yaratdı.
3. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
4. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.
5. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.
6. Xeyr, insan azğınlıq edər,
7. Özünün dövlətli olduğunu gördüyü üçün!
8. Axı sənin axır dönüşün Rəbbinədir!
9. Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur
10. Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?
11. Bir de görək, əgər o (bəndə) doğru yoldadırsa,
12. Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (həmin kimsə belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edir? Bundan da rəzil iş olarmı)?!
13. (Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Quranı) yalan sayır və (imandan) üz döndərirsə,
14. Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!
15. Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik-
16. Özü də yalançı, günahkar kəkilindən!
17. Qoy o özünün bütün dəstəsini (köməyə) çağırsın!
18. Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!
19. Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!
Geri
Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • +99412 492 39 21
  • [email protected]

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024